Evlənəcəm dedi, - 7 milyonunu OĞURLADI

Evlənəcəm dedi, - 7 milyonunu OĞURLADI Maraqlı

İranlı qadın (31) Şimali Kipr Türk Cümhuriyyətində yaşayan iranlı kişi (28) tərəfindən aldadıldığını iddia edərək İstanbul Respublika Prokurorluğuna müraciət edib. 

News24.az xəbər verir ki, ifadəsi alınan qadın kişi ilə restoranda tanış olduqlarını, bir müddət görüşdükdən sonra kişinin evlənmək qərarına gəldiyini və müxtəlif vaxtlarda kişiyə 7 milyon lirə göndərdiyini deyib.

Şübhəlinin tutulması üçün əməliyyata başlayan polis onun xaricə qaçdığını və pulu anasının hesabına köçürüldüyünü bildirib. 

Qeyd edək ki, polis ananı həbs edib.

Günel Məlikzadə