Planetə borc verən ölkə dəyişdi

Planetə borc verən ölkə dəyişdi İqtisadiyyat

Dünyanın ən böyük kreditor ölkələrinin reytinqində tarixi dəyişiklik baş verib.

Yaponiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ölkənin xalis xarici aktivləri 2024-cü ilin sonuna qədər təxminən 13 faiz artaraq 533 trilyon yen (təxminən 3,7 trilyon dollar) təşkil edib. 

News24.az xəbər verir ki, bu rekord səviyyəyə baxmayaraq, Yaponiya 34 ildən sonra liderliyini Almaniyaya verib.

Almaniyanın xalis xarici aktivləri 569,7 trilyon yenlə Yaponiyanı ötüb.

Onu da qeyd edək ki, Çin 516,3 trilyon yenlə üçüncü yerdədir.

Günel Məlikzadə