“Qaçqınkom”un binasından özünü atmaq istədi - Manaf Ağayev qoymadı
    • 13-08-2018, 15:01
    • 1 130

“Qaçqınkom”un binasından özünü atmaq istədi - Manaf Ağayev qoymadı

Xəbər verdiyimiz kimi, Bakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında hadisə yaşanıb. 

  Orta yaşlı vətəndaş yarıçılpaq halda binanın qəbul şöbəsinin yerləşdiyi korpusuna çıxıb və oradan özünü aşağı atacağını bildirib. Hadisə yerinə FHN-in xilasedicilərin və çoxlu sayda polis əməkdaşları cəlb edilib. 
 
Qəbul otağında olan və daha sonra binanın sonuncu mərtəbəsinə çıxan şəxsin probleminin həlli ilə bağlı intihara cəhd etdiyi iddia olunur.
***
Hadisə ilə bağlı Qaçqınkomun Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki hazırda həmin şəxs xilas edilib: “Ona tibbi yardım göstərilir. Hansı səbəbdən bu addımı atdığı hələ ki, bizə məlum deyil. Bu haqda məlumat verəcəyik”.
***
BakuPost xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib. 
Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda Rövşən Rzayevin qəbulundadırlar.
Komitənin mətbuat xidmətindən sayta bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: "Şikayətçinin əslində, mənzili var. Digər mənzili ilə bağlı yaranmış problemin həlli isə komitənin səlahiyyətlərinə aid deyil. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın narazı qalmaması üçün lazım olan addımlar atılacaq”. 

Azxeber.com