Elgün tapılanda üstündə bu əşyalar olub
    • 28-05-2025, 21:32
    • 2 318

Elgün tapılanda üstündə bu əşyalar olub


“Elgünün üstündə mobil telefonu, çantası olub. Onlar da istintaq orqanındadır. Araşdırma bitənə qədər də orada qalacaq”.

News24.az xəbər verir ki, bunu musavat.com-a müsahibəsində Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova deyib.

Fizza Zeynalova ailələrinin kiminləsə düşmənçiliyinin, probleminin olması ilə bağlı suala da cavab verib:

“Biz özümüz üçün sakit yaşayan bir ailə olmuşuq. Heç kimlə problemimiz, söz-söhbətimiz olmayıb. Mən də işləyib övladlarıma baxmışam”.

Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.