
-
- 28-05-2025, 22:45
- 856
Lənkəranda müəllimə məktəbəqədər hazırlıq kursunda uşağı döyüb – VİDEO
Lənkəran şəhərində yerləşən “Kaspi” təhsil şirkətində müəllimənin məktəbəqədər hazırlıqda azyaşlı şagirdə qarşı şiddət göstərib.
News24.az Cenublu.az-a istinadən xəbər verir ki, yayılan videogörüntüdə müəllimənin kursda bir uşağa fiziki zorakılıq göstərdiyi açıq şəkildə görünür.
O, əvvəlcə uşağı qəfil yerindən dartır, ardından su qabı ilə başına zərbə endirir.
Məlumata görə, hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb.