Dadaşovla yeni müqavilə imzalandı
İdman
Almaniyanın "Dinamo" klubu Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovla müqavilə müddətini artırıb.
News24.az xəbər verir ki,bu barədə Berlin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumçunun sözləşməsi daha 2 il artırılıb.
Qeyd edək ki, Rüfət bu mövsüm "Dinamo"nun heyətində 58 oyunda 28 qol vurub. "Dinamo" Almaniyada Şimal-Şərq Regional Liqasında mübarizə aparır./qol