İntihar edən pedofil milyonçunun vəsiyyəti açıqlandı - FOTO
    • 20-08-2019, 14:45
    • 865

İntihar edən pedofil milyonçunun vəsiyyəti açıqlandı - FOTO

Həbsxanada intihar edən pedofil milyonçu Ceffri Epşteynin vəsiyyəti açıqlanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, azyaşlıları cinsi münasibətə girməyə məcbur edərək insan alveri ilə məşğul olan C.Epşteyn 600 milyon dollarlıq var-dövlətini "Trast Fondu"na köçürüb. 

Qeyd edək ki, Ceffri Epşteyn vəsiyyətini intiharından iki gün öncə vəkilinin iştirakı ilə hazırlayıb.