"Azərbaycanda müğənninin böyük pulları ola bilməz"
Şou
"Mənim heç vaxt atamın pulu qədər pulum olmayıb. Atamın yaxşı işi var idi, pul sel kimi axırdı. Amma Sovet hökumətinin dağılmasından sonra o pullar tükəndi və mən həyata sıfırdan atıldım".
News24.az xəbər verir ki, bunu müğənni Vasif Məhərrəmli RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində deyib.
"Mən komfortlu həyatı sevirəm, bundan zövq alıram. Amma bunu heç vaxt göstəriş üçün etməmişəm və deməmişəm. Əgər göstəriş məqsədim olsaydı, həyatımı Instagram və TikTok-da paylaşardım.
Ümumiyyətlə, insanlarda belə bir fikir formalaşıb ki, əgər kimsə bahalı maşın sürüb, yaxşı evdə yaşıyırsa, deməli milyonları var. Amma bu belə deyil, Azərbaycanda müğənninin heç vaxt böyük pulları ola bilməz", – deyə müğənni əlavə edib.
Davamı videoda:
Günel Məlikzadə