Silahlı şəxs avtobusu ələ keçirdi - Sərnişinləri girov saxlayır - FOTO
    • 20-08-2019, 15:55
    • 906

Silahlı şəxs avtobusu ələ keçirdi - Sərnişinləri girov saxlayır - FOTO

Silahlı şəxs sərnişinlərin də olduğu avtobusu girov götürüb. 

News24.az "Correio Braziliense"-a istinadən xəbər verir ki, hadisə Rio-de-Janeyroda yaşanıb. 22 nəfərin girov olaraq saxlanıldığı bildirilib. Onlardan cəmi 5 nəfəri xilas etmək mümkün olub. 

İlkin versiyaya görə, silahlı şəxs hərbi qulluqçudur. O, sərnişinləri və polisləri avtobusu yandırmaqla təhdid edir.