Naxçıvan televiziyası peyk yayımına - BAŞLADI

Naxçıvan televiziyası peyk yayımına - BAŞLADI Gündəm

Bu gün Naxçıvanda Qlobal İnformasiya Mühiti və Media Trendləri” Konfransı – “MEDİAFEST-2025”keçirilir. 

News24.az xəbər verir ki, konfrans çərçivəsində Naxçıvan televiziyası “Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.

Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına  yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.