Ukraynada sülhün əldə olunmaması Avropa və ABŞ-a inamı sarsıdacaq - Makron
Gündəm
Fransa prezidenti Emmanuel Makron Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik konfransında çıxışı zamanı bildirib ki, Ukrayna münaqişəsinin tezliklə həlli Avropa və ABŞ-ın beynəlxalq etibarı üçün həlledicidir.
News24.az xəbər verir ki, onun sözlərinə görə, əgər Qərb bu məsələdə uğursuzluğa düçar olsa, digər regionlardakı böhranlara müdaxilə imkanlarına olan inam azalacaq.
Bundan əvvəl Makron, ABŞ-ın sabiq prezidenti Donald Trampın Ukraynaya dəstəyini onun etibarlılığının göstəricisi kimi dəyərləndirmişdi. Rusiya XİN nümayəndəsi Mariya Zaxarova isə Makronun sülh istəməsinə şübhə ilə yanaşıb.
Aqil