Minaya düşən şəxsin son durumu açıqlandı
Hadisə
Minaya düşən şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bu barədə TƏBİB-dən xəbər verilib.
"Bu gün saat 19:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1978-ci il təvəllüdlü şəxsə sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib.
İxtisaslı tibbi yardımın göstərilməsi üçün pasiyent Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Pasiyentin sağ aşıq baldırının travmatik amputasiyası əməliyyatı icra olunub.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir