Xəzər dənizinin hüquqi statusu razılaşması barədə nələri bilməliyik?
    • 13-08-2018, 15:54
    • 2 212

Xəzər dənizinin hüquqi statusu razılaşması barədə nələri bilməliyik?

Bu müqavilə 20 ildən çox davam edən danışıqlardan sonra imzalanıb.

Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan - Xəzər dənizinin bölünməsi prinsipləri barədə razılığa gəliblər.

Ölkə rəhbərləri bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.


Müqavilə, tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək və digər qüvvələrin orada hərbi birlik yaradılmasına mane olmaq imkanı verir.

Bu müqavilə regionda gərginliyin azaldılmasında mühüm bir addımdır, lakin dünyanın ən böyük daxili su hövzəsi barədə razılıq bir neçə sahədə əldə olunub.

1. Onun hüquqi statusu mürəkkəbdir

Xəzərin dəniz olduğunu düşünmək məqsədəuyğun olardı. Lakin uzun çəkən mübahisənin əsasında, 370,000 kvadrat metrlik suyun göl hesab edilib-edilməməsi olub.
1991-ci ildə Sovet İttifaqı (SSRİ) dağılana kimi Xəzər SSRİ və İran arasında bölüşdürülmüşdü.
Həmin vaxt regionda yeni ölkələrin yaranması iddiaları mürəkkəbləşdirdi.
İran Xəzərin dəniz deyil, göl olduğunu iddia etdi, lakin dörd ölkədən heç biri bununla razılaşmadı.
Bəs bu fərq niyə önəmlidir?
Xəzərə dəniz kimi baxıldığı təqdirdə, Beynəlxalq Dəniz Qanununa, yəni Birləşmiş Millətlər Təşkilatının Dəniz Qanununa tabe olacaqdır.
Bu məcburi sənəd ölkələrin dünya okeanından necə istifadə edə biləcəyi ilə bağlı qaydaları müəyyən edir.
Təbii resurslar, ərazi hüququ və ətraf mühit kimi sahələr yeni sənəddə öz əksini tapıb. Bununla yanaşı, bu hüquqlar yalnız sahilyanı ölkələrlə məhdudlaşmır, başqaları da burada resurs axtara bilərlər.
Xəzərə göl kimi yanaşdıqda isə, onun sahəsi beş ölkə arasında bərabər bölünmüş olardı.

Image captionXəzər ətrafında yerləşən ölkələr
Bazar günü imzalanan müqavilə bu mübahisəni həll etmək üçün bir yol xəritəsidir.
Rusiya rəsmilərinin sözlərinə görə, imzalanmış konvensiya Xəzərə "xüsusi hüquqi status" verir, yəni o, nə dəniz, nə də göl kimi təyin edilir.
Yerüstü su ümumi istifadə olunacaq, yəni ərazi sularından kənarda bütün sahilyanı ölkələrə giriş azadlığı verilir.
Təbii sərvətlərlə zəngin olan dəniz dibi isə bölünəcəkdir.

2. Kim qalib gəlir və kim itirir?
Müqavilənin son mətni hələ dərc edilmədiyi üçün kimin qalib olduğunu demək çətindir.
Başqa bir əsas amil, dənizin dibi ilə sərhədlərin hələ müzakirə edilməməsidir (hazırda bu məsələlər çoxtərəfli yox, ikitərəfli müqavilələrlə tənzimlənir).
Saziş Xəzərin göl olmadığını müəyyən etdiyi üçün burada İranı potensial məğlub hesab etmək olar.
İranlı sosial media istifadəçiləri bazar günü Tehran hökumətini Xəzər dənizini "satmaqda" günahlandırıb.
Əgər Xəzər bölünmədə göl kimi status qazanmış olsaydı, ən böyük sahil xəttinə malik olan Azərbaycan və Qazaxıstan uduzardı.
Dolayısıyla əvvəlki narazılıqların səbəbi, Xəzərdə kimin üçün nəyin əlçatan olmasıdır. Bu çox əhəmiyyətlidir…

3. Neft və qaz zəngindir

Xəzər dənizi böyük neft və qaz ehtiyatları baxımından yüksək qiymətləndirilir.
Dəniz dibində təxminən 50 milyard barel neft və 8,4 trilyon kubmetr təbii qazın olduğu ehtimal edilir.
Image captionXəzərin Abşeron yarmadası sahili
Ona görə də böyük neft və qaz yataqlarının bəzi hissələrinin necə bölüşdürülməsi ilə bağlı fikir ayrılığı var.
Bəzi ölkələr rəqib ölkələrdə çalışan muzdlu podratçıları qorxutmaq üçün döyüş gəmilərindən istifadə edir.
Xəzərin hüquqi statusu ətrafında narazılıq Türkmənistanla Azərbaycan arasında Xəzərin dibindən keçməklə çəkilməsi nəzərdə tutulan təbii qaz boru kəmərinin inşasının qarşısını alıb.
Bu, Türkmənistan qazının Rusiyadan yan keçərək Avropaya gedərək getməsinə imkan verərdi.
Avropaya qaz və neft ixrac edən Rusiya daha əvvəl buna etiraz etmişdi.
1990-cı illərdə Xəzərə gələn beynəlxalq neft şirkətləri indi çıxarılıb.
Bazar günü imzalanan sənəddən sonra bunun gələcəkdə araşdırılmaq ehtimalı artır.

4. Dünyanı kürü ilə təmin edir

Xəzər dənizində müxtəlif növ nərə balıqları mövcuddur. Bu balıqlar qiymətli kürü verirlər.
Dünya kürüsünün 80-90 faizi Xəzərdən alınır, lakin son bir neçə onillik ərzində bu rəqəmlər enməkdədir.
Image captionNərə balığı
2002-ci ildə aparılan bir araşdırmaya görə, balıqlar sürətlə yoxa çıxır və tezliklə tamamilə nəsli kəsilə bilər.
Araşdırmaya görə, kürüsü istifadə olunan nərə balıqları daha çox yaşlı balıqlar olur, amma nədənsə gənc nərə balıqlarının sayı yaşlılara nisbətən çoxdur.
Buna görə, Xəzər dənizində balıq ovu və kürü ticarətində müxtəlif qadağalar tətbiq edilib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bazar günü bildirib ki, imzalanan müqavilə yaxın vaxtlarda balıq ovu üçün milli kvotaların qoyulmasına imkan yaradıb.

5. Çirklilik əsas problemdir
Xəzər dənizi uzun illər neft hasilatı və digər sənaye tullantıları ilə çirklənib.
BMT-nin Qafqaz ətraf mühitinin perspektivinə görə, neftlə çirklənmə balıqların miqrasiya yollarına təsir edib.
Bildirilir ki, Azərbaycanın Abşeron yarımadasının yaxınlığında nərə balıqları çox çirkli suda üzür, bu onların yem və oksigen almalarını məhdudlaşdırır.Başqa bir narahatlıq isə nərə balığına təhdidin İrandan gələn kanalizasiyanın səbəb olduğu bakterial çirklənmə olduğu bildirilir.
Xəzər dənizinin mübahisəli hüquqi statusu ətraf mühit üçün də risk faktoru idi. Çünki mübahisəli sularda neft çirklənməsinin həlli ilə məşğul olmaq mümkün deyildi.

//BBC