Gürcüstanda cinayətkarlıq halları artıb rüşvət alma, narkotik, xidməti vəzifədən sui-istifadə...
    • 20-08-2019, 23:15
    • 881

Gürcüstanda cinayətkarlıq halları artıb rüşvət alma, narkotik, xidməti vəzifədən sui-istifadə...

Gürcüstanda cinayətkarlıq halları artıb. Bu ilin birinci yarısında ölkədə 33399 cinayət halı qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında məlumat verilir.
Məlumatda deyilir ki, bu il qeydə alınan cinayətlərin sayı 2018-ci illə müqayisədə 5160 fakt və ya 18,27 faiz çoxdur.
Hesabat dövründə qeydə alınan cinayətlərin yalnız 10375-nin və ya 31 faizinin üstü açılıb.
Məlumatda bildirilir ki, hesabat dövründə qeydə alınan cinayətlərin 13682-si əmlaka, 6116-sı sağlamlığa zərər vurma, 2738-i isə narkotiklərlə bağlı olub.
Nazirliyin hesabatında, həmçinin bildirilir ki, bu ilin yanvar-iyun aylarında Gürcüstanın dövlət qurumlarında rüşvət alma halları da artıb. Cari ilin birinci yarısında 40 belə fakt qeydə alınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,86 faiz çoxdur./Azərtac/
Hesabat dövründə dövlət qurumlarında 149 vəzifə səlahiyyətlərini aşma, 42 xidməti vəzifədən sui-istifadə, 33 vəzifə, 17 xidməti səhlənkarlığı halları qeydə alınıb.