Bakıda cəzaçəkmə müəssisəsində BİNA ÇÖKÜB

Bakıda cəzaçəkmə müəssisəsində BİNA ÇÖKÜB Sosial


Qaradağ rayonunda 12 saylı cəzaçəkmə müəssisəsində bina çöküb.

Ajans.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə bu gün gündüz saatlarında Ədliyyə Nazirliyinin Qaradağ rayonu 12 saylı cəzaçəkmə müəssisəsində korpuslardan biri çöküb. Hadisə zamanı məhkumlar arasında ölən və yaralananların olduğu idda edilir. Ərazidə xilasetmə işləri aparılıb.

Hadisə ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətinə sorğu verilib.