"WhatsApp"da silinmiş mesajları necə qaytarmaq olar?
İqtisadiyyat
Populyar mesajlaşma platforması "WhatsApp"da bəzən vacib bir mesajı səhvən silə bilərik.
Bəs belə hallarda bu mesajları geri qaytarmaq mümkündürmü?
Əgər "WhatsApp" mütəmadi olaraq yedəkləmə (backup) edibsə, silinmiş mesajları geri qaytarmaq mümkündür. "Android" üçün:
- WhatsApp-ı silin.
- Play Store-dan yenidən yükləyin.
- Tətbiqi açıb nömrənizi təsdiqləyin.
- “Geri yüklə” (Restore) seçimi çıxacaq – təsdiqləyin.
- Mesajlarınız yedəkdən bərpa olunacaq.
- "WhatsApp"ı silin.
- "App Store"dan yenidən yükləyin.
- Nömrənizi təsdiqləyin.
- “Yedəyi bərpa et” seçimini seçin.
Qeyd: Bu metod yalnız yedəkləmədə olan mesajları geri gətirə bilər. Yedəklənməmiş mesajlar geri qaytarıla bilməz. 2. Sohbeti ixrac et (çox vacib olmayan hallar üçün)
Əgər gələcəkdə mesaj itkilərinin qarşısını almaq istəyirsinizsə:
- İstədiyiniz söhbətə daxil olun.
- Üst menyudan "Söhbəti ixrac et" seçin.
- Mesajları e-mail və ya digər platformalara göndərin.
Əgər yedək yoxdursa, bəzən üçüncü tərəf proqramlarla silinmiş mesajları bərpa etmək mümkündür. Lakin bu metod:
- Cihazda "root/jailbreak" tələb edir,
- Zəmanət şərtlərini poza bilər,
- Məlumat təhlükəsizliyi riskləri daşıyır.
- "Dr.Fone"
- "EaseUS MobiSaver"
- "Tenorshare UltData"
- "iMobie PhoneRescue"
- "FoneLab"
Qeyd edək ki, ən təhlükəsiz və etibarlı metod müntəzəm yedəkləmədir. Yedək olmadıqda bərpa çətinləşir və bərpa etməm mümkün olmur. Vacib mesajları itirməmək üçün avtomatik yedəkləmə funksiyasını aktiv saxlamaq tövsiyə olunur./metbuat