Xətai sakinlərinin başına daş düşə bilər - VİDEO
Hadisə
Xətai rayonu, Nəsrəddin Tusi 24 ünvanında yerləşən binadan beton daşlar həyətə tökülür.
News24.az xəbər verir ki, bununla bağlı Bakuplus.az-a müraciət edən sakinlər bildirirlər ki, beton daşların həyətə tökülməsi nəticəsində bir neçə maşına ciddi ziyan dəyib.
Sakinlər deyirlər ki, müvafiq addımlar atılmasa faciə qaçılmaz olacaq: “Artıq 3-cü maşındır ki, zədələnir. Axırda daş kiminsə başına da düşəcək, ölüm hadisəsi baş verəcək. Bununla bağlı müvafiq qurumlar tədbir görməlidir. Yoxsa faciə qaçılmaz olacaq”.
Məsələ ilə bağlı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə sorğu ünvanlanıb.