Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşdü

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşdü Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında təkbətək görüş başlayıb.

Nazirlər qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparmaq və əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.