Məktəbdə “5” aldılar, imtahanda həqiqət ortaya çıxdı

Məktəbdə “5” aldılar, imtahanda həqiqət ortaya çıxdı Sosial

Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 92.92%-nin ötən il qəbul imtahanlarındakı nəticələri də çox zəif olub.

News24.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent 12” jurnalında qeyd olunub.

Qeyd edilib ki, məktəbi “5” qiymətlə bitirən məzunların isə yalnız 43.30%-i attestat qiymətlərini doğrulda bilib:

“Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir”.