Sızanaqlara qarşı peyvənd hazırlanır

Sızanaqlara qarşı peyvənd hazırlanır Sağlamlıq

Fransada yerləşən əczaçılıq şirkəti sızanaqlara qarşı peyvənd hazırlayır.

MRNA texnologiyası ilə hazırlanan bu vaksində, hüceyrələrə genetik təlimatları ötürən bir molekuldan istifadə olunur. 

Bu təlimatlar sayəsində orqanizm, sızanağa səbəb olan bakteriyaların istehsal etdiyi zülallara qarşı immun cavabı verir. 

Nəticədə bədənin müdafiə sistemi bu bakteriyalara qarşı daha güclü hala gəlir.

Qeyd edək ki, peyvəndin sınaqlarının hələ çox ilkin mərhələdə olduğu bildirilir. 2024-cü ilin aprelində başlayan sınaqların 2027-ci ilə qədər davam etdirilməsi planlaşdırılır

Sınaqlar tamamlanarsa və lazımi razılıq alınarsa, bu istehsal edilən ilk sızanaq peyvəndi olacaq.

Günel Məlikzadə