Eks-qubernator Ermənistanın polis rəisi təyin edilib
Dünya
Lori vilayətinin keçmiş qubernatoru Aram Kazaryan Ermənistanın polis rəisi təyin edilib.
News24.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Nikol Paşinyanın 3 iyun tarixli qərarı ilə Aram Kazaryan polis rəisi, Daxili İşlər nazirinin müavini təyin edilib", - məlumatda deyilir.
Dünən onun sələfi Aram Ovannisyan tutduğu vəzifədən azad edilib.