Lənkəranda yolun ortasında təhlükə - VİDEO

Lənkəranda yolun ortasında təhlükə - VİDEO Gündəm

Lənkəran şəhərinin “Qala” xiyabanı ilə Koroğlu küçəsinin kəsişməsində yerləşən kanalizasiya qapağının sınması sürücülər və piyadalar üçün təhlükə yaradıb.

News24.az Cenublu.az-a istinadla xəbər verir ki, yolun ortasında iki gündür açıq qalan kanalizasiya quyusu nəqliyyatın hərəkətinə mane olur, xüsusilə axşam saatlarında piyadalar üçün ciddi risk yaradır. Sakinlər bildirirlər ki, təhlükənin qarşısını almaq üçün quyunun üstünə ağac budaqları və sellofan paketlər qoyublar.

Sürücülər və yerli əhali aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də aradan qaldırılmayıb. Sakinlər bədbəxt hadisə baş vermədən məsul qurumlardan təcili tədbir görülməsini tələb edirlər.