Trampın nəvəsi ilə evlənmək üçün - GÖRÜN NƏ ETDİ
Dünya
Dünən səhər saatlarında prezident Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsinin divarını aşmağa cəhd edən şəxsin saxlanıldığını açıqlanıb.
News24.az xəbər verir ki, şübhəli 23 yaşlı Anthony Thomas Reyes hüquq-mühafizə orqanlarına verdiyi ifadədə Trampa "İncil yaymaq" üçün malikanəyə girmək və 18 yaşlı nəvəsi Kay ilə evlənmək istədiyini bildirib.
Bu həmin şəxsin ilk cəhdi olmayıb. Belə ki, Reyes yeni il gecəsi də Mar-a-Laqoya qanunsuz daxil olmağa cəhd edib və saxlanılıb.
Hadisə zamanı prezident Trampın paytaxt Vaşinqtonda olduğu bildirilib.
Günel Məlikzadə