TƏCİLİ: AzTV-də yoxlamalar BAŞLADI
Gündəm
Azərbaycan Dövlət Televiziyasında (AzTV) yoxlamalar başlayıb.
News24.az bildirir ki, konkret.az-ın əldə etdiyi məlumata görə, artıq televiziyanın maliyyə və kadrlar şöbələrində bütün sənədlər araşdırılır.
Bununla bağlı AzTV-nin mətbuat xidmətinə və televiziyanın elektron poçt ünvanına sorğu ünlanladıq və yoxlamaların hansı qurum tərəfindən aparıldığını öyrənməyə çalışdıq.
Ancaq dəfələrlə zəng etməyimizə baxmayaraq nə telefonlara, nə də yazılı sorğumuza cavab verən oldu.
Ancaq əldə etdiyimiz məlumata görə, yoxlamalar Hesablama Palatası, yaxud Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!