Maaş Ödənişlərində - böyük DƏYİŞİKLİK!

Maaş Ödənişlərində - böyük DƏYİŞİKLİK! İqtisadiyyat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maaş ödənişlərinə dair mühüm dəyişiklik edib. 

News24.az Twrkiy' m'tbuat;na istinadla bildirir ki, 4 iyun 2025-ci il tarixində Rəsmi Qəzetdə dərc edilən yeni əsasnaməyə əsasən, işçilərin sayına görə nağd ödəniş limiti aşağı salınıb.

Əvvəllər 5 və daha az işçisi olan iş yerlərində əmək haqqı və mükafatlar nağd şəkildə ödənilə bilərdi. Yeni qaydaya görə, bu limit 3 işçiyə endirilib. Beləliklə, yalnız 3 və ya daha az işçisi olan müəssisələr əmək haqqını nağd şəkildə verə biləcəklər. 4 və daha çox işçisi olan iş yerləri isə bütün ödənişləri bank vasitəsilə həyata keçirməlidirlər.

Tənzimləmə 1 iyul 2025-ci il tarixindən qüvvəyə minəcək. Yeni qaydaların icrasına Əmək və Sosial Müdafiə Naziri ilə yanaşı, Xəzinədarlıq və Maliyyə Naziri də nəzarət edəcək.