Yaponiyada böyük qorxu

Yaponiyada böyük qorxu Dünya

Yaponiya hökuməti statistik məlumatlara əsasən, doğum sayının 700 mindən aşağı düşdüyünü açıqlayıb.

News24.az xəbər verir ki, Səhiyyə Nazirliyi, Yaponiya vətəndaşlarının 2024-cü ildə əvvəlki ilə nisbətən 41.227 azalaraq 686.061 körpə dünyaya gətirdiyini bildirib. Bu rəqəm ardıcıl doqquz ildir ki, azalır.

Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutu 2039-cu ilə qədər bu rəqəmin 680 minə düşməyəcəyini proqnozlaşdırıb.

Nazirlik bir qadının həyatı boyu gözlənilən uşaqlarının sayının 2023-cü illə müqayisədə ötən il 0,05 bənd azalaraq 1,15 ilə rekord minimuma çatdığını açıqlayıb.

Eyni zamanda, ölkədə ölənlərin sayı 2024-cü ildə əvvəlki ilə nisbətən 29 282 nəfər artaraq 1 605 298 nəfərə, yəni, rekord həddə çatıb.

Nəticədə, ümumi əhalinin azalması indiyə qədərki ən böyük azalma - 919 237 nəfər olub.


Günel Məlikzadə