Türkiyə hava limanında hərəkətli anlar yaşandı
Dünya
Sabiha Gökçen hava limanında səhər saatlarında maraqlı hadisə baş verib.
News24.az xəbər verir ki, uçuşa hazırlaşan təyyarənin pilotu uçuş-enmə zolağının ətrafında dolaşan bir dovşan aşkar edib.
Bu zaman pilot hava hərəkətini idarə edən dispetçerlə əlaqə saxlayıb və vəziyyəti məlumatlandırıb.
Dovşan uçuş-enmə zolağından çıxarkən uçuşun təhlükəsizliyinə mənfi təsir edəcək heç bir vəziyyət baş verməyib.
Həmin anlar radio söhbətlərində lentə alınıb:
Pilot: Bir dovşan hazırda uçuş zolağında gəzir
Qüllə: Hazırda olduğunuz yer uçuş-enmə zolağının içərisində deyilmi?
Pilot: Düzdür
Qüllə: Anlaşıldı
Pilot: 06 sol uçuş zolağının sonunu indi tərk edib.
Günel Məlikzadə