Ərdoğan Pezeşkianla danışdı
Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının məlumatında bildirilib.
Liderlər Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan qarşıdakı dövrdə Türkiyə-İran əlaqələrinin institusional çərçivəsini gücləndirəcək addımlar üzərində işləməyə davam etdiklərini bildirib.
Ərdoğan Pezeşkianı Qurban bayramı münasibətilə təbrik etdi.