Tramp Harvard Universitetinə girişi “bağladı”
Dünya
ABŞ Prezidenti Donald Tramp, Harvard Universitetinə qəbul olmaq və ya onun mübadilə proqramlarında iştirak etmək istəyən əcnəbilərin ölkəyə girişini ən azı altı ay müddətinə məhdudlaşdırıb.
News24.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
“Məqsədi ABŞ-yə gəlmək və ya əsasən Harvard Universitetində təhsil almaq olan əcnəbilərin girişinin məhdudlaşdırılması zəruridir”, – deyə Tramp bildirib.
Ağ Evin rəhbəri bu qərarını milli təhlükəsizlik məsələləri ilə əsaslandırıb.
Məryəm İlhamqızı