Dəmir yolunda partlayış - BAŞ VERDİ

Dəmir yolunda partlayış - BAŞ VERDİ Hadisə

Voronej vilayətində dəmir yolunda partlayış olub.

News24.az bu barədə "Baza"ya istinadla məlumat verir.

Hadisə səhər saatlarında Evdakovo–Saguny sahəsinin 725-ci kilometrində qeydə alınıb. Baş verən partlayışdan sonra yollar deformasiyaya uğrayıb.

İlkin məlumata görə, partlayış zamanı xəsarət alan olmayıb.

Bildirilib ki, hadisədən sonra istiqamətlərdən birində qatarların hərəkəti dayandırılıb. Vaqonların relsdən çıxması halı qeydə alınmayıb.


Məryəm İlhamqızı