Azərbaycanlı iş adamının klubu bankrot oldu

Azərbaycanlı iş adamının klubu bankrot oldu Gündəm

Rusiya "Ximki"si klubun bankrot sayılması üçün ərizə vermək niyyətində olduğunu arbitraj məhkəməsinə bildirib.

News24.az "Fedresurs"a istinadən xəbər verir ki, bu addım azərbaycanlı Tufan Sadıqovun sərmayəçisi olduğu kluba Premyer Liqada iştirak lisenziyasının verilməməsindən sonra atılıb.

Elitada 12-ci yeri tutan komandanın maliyyə meyarlarına uyğun gəlmədiyi bildirilib. Klubun verdiyi apellyasiya da qəbul olunmayıb.

Qeyd edək ki, 2024/2025 mövsümündə Rusiya Premyer Liqasının qalibi adını "Krasnodar" qazanıb./Teleqraf