Azərbaycan və Pakistan arasında saziş təsdiqləndi
Gündəm
Azərbaycan və Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.
News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edilib ki, 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.