Göygöldə avtomobil su kanalına düşdü

Göygöldə avtomobil su kanalına düşdü Hadisə

Göygöl rayonunda idarəetməni itirən sürücü avtomobilini su kanalına aşırıb.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Üçtəpə kəndində qeydə alınıb.

Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Yusif Kazımov "VAZ21011" markalı maşınının idarəetməsini itirib və avtomobil kanalına düşüb.

Xoşbəxtlikdən hadisə ilə bağlı xəsarət alan olmayıb.


Göygöldə avtomobil su kanalına düşdü