İçkili vəziyyətdə elektrik dirəyinə çıxdı

İçkili vəziyyətdə elektrik dirəyinə çıxdı Hadisə


Ağdamda qonaq gələn şəxs içkili vəziyyətdə yüksək gərginlikli elektrik dirəyinə çıxıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun İmamqlubəyli qəsəbəsi ərazisində baş verib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hazırda onun düşürülməsi prosesi aparılır.

Məlumata görə, hadisə səbəbindən qəsəbənin işıqları söndürülüb.


***

Əldə etdiyimiz məlumata görə, elektrik dirəyinə çıxan şəxs xəsarətsiz olaraq düşürülüb.

Qəsəbədə elektrik enerjisində yaranan fasilə bərpa edilib.