Göyərtəsində "bomba" olan təyyarə ölkəni - BİR-BİRİNƏ VURDU
Sosial
Küveyt səlahiyyətliləri "Bəhraini Gulf Air" təyyarəsinin göyərtəsində bomba olduğu barədə yalan məlumat alıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya idarəsi məlumat yayıb.
Təyyarə təhlükəsiz şəkildə Küveytə eniş edib, bütün sərnişinlər təxliyə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarəni yoxlayıb və heç bir partlayıcı qurğu aşkar etməyiblər.
“Bu mesaja görə məsuliyyət daşıyan şəxs saxlanılıb və barəsində tədbir görülüb”, - məlumatda deyilir.
Hadisə Küveyt Beynəlxalq Hava Limanında hava hərəkətini pozmayıb.