-
- 13-08-2018, 22:00
- 957
Evliliklərin sayının azalmasınını əsasında şişirdilmiş adət-ənənələrimiz durur – Psixoloq
Xəbər verdiyimiz kimi, Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən ilin müvafiq dövründə evlənənlərin sayı ilə müqayisədə azalıb. Belə ki, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki, bu da bu illə müqayisədə 555 nikah çoxdur.
Bəs evlənənlərin sayının azalmasına səbəb nədir?
Psixoloq Fərqanə Mehmanqızıevlənənlərin sayının azalmasının bir çox səbəbləri olduğunu bildirdi:
“Bunun ilk səbəbi insanların öz ayaqları üstündə durub, maddi vəziyyətlərini düzəltdikdən sonra evlənmək istəmələridir. Daha sonra onların həyata baxışları gəlir. Hazırda aqreessiv münasibətlərdən, şiddət, depressiyadan əziyyət çəkənlərdə evliliyə qarşı qorxu yaranıb. Məişət problemləri ilə mənəvi problemlər birləşərək qloballaşır və sanki insanların üzərinə gəlir. Onlar dünyaya uşaq gətirməkdən, cəmiyyətdə öz sözünü deməmiş həyatını kiməsə bağlamaqdan qorxurlar. Bu qorxular təbii ki, evliliyin qarşısını alır. Həmçinin burada başqasının məsuliyyətini daşımaq məsələsi də var. Bundan başqa evliliklərin sayının azalmasınını əsasında şişirdilmiş adət-ənənələrimiz durur. Qadınlar düşünürlər ki, oturmuşam da evdə… Xəyanətdən o qədər boş və yersiz yazılır ki, kişilər də daim tərk edilmək qorxusu yaşayırlar. Mən deyərdim ki, sosial şəbəkələrin ən böyük zərərlərindən biri də budur. Orada paylaşılan əsaslı-əsassız xəbərlər şüuraltına yerləşdirilir və bu da insanda özünə, ətrafa güvənsizliyin yaranmasına gətirib çıxarır. Mənfiləri deyib müsbətlərdən danışmamaq olmaz. Evlənənlərin sayının azalmasına səbəblərdən biri kimi insanların artıq özlərinin qərar vermək istəməsini də göstərmək olar. 20 və 22 yaşlı şəxslərin evliliyi ilə, 28-30 yaşlıların evliliyi eyni ola bilməz… Bəziləri yetkinləşərək cəmiyyət, ailə,vətən üçün sağlam övlad böyütmək yaşına çatanda evlənmək istəyirlər”.
Qeyd edək ki, ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub.
//Bizimyol.info