Ağstafada qardaş qardaşın qanını tökdü
Kriminal
Ağstafa rayonunda ailə münaqişəsi qanla bitib.
News24.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü Abdulla Gəncəliyev kəsici alətlə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
lkin məlumata görə, hadisəni törətməkdə qardaşı 1990-cı il təvəllüdlü Vaqif Gəncəliyev şübhəli bilinir.
Belə ki, atası ilə mübahisə edən qardaşını ayırmağa çalışan V. Gəncəliyev kəsici alətlə A. Gəncəliyevə qol və çiyin nahiyyəsindən xəsarət yetirib.
Hazırda yaralının vəziyyəti kafidir.