Atası ilə mübahisə edən qardaşını - BIÇAQLADI
Hadisə
Ağstafada ailə münaqişəsi qanla bitib.
News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.
1988-ci il təvəllüdlü Abdulla Gəncəliyev kəsici deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlkin versiyaya görə, A. Gəncəliyev evdə atası ilə mübahisə edib. Bu zaman onları ayırmağa çalışan 1990-cı il təvəllüdlü Vaqif Gəncəliyev kəsici alətlə qardaşının qol və çiyin nahiyyəsindən xəsarət yetirib.
A. Gəncəliyev dərhal əməliyyata götürülüb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.