"Bu ərazilərdə torpaq qiymətləri - BAHALAŞACAQ"

"Bu ərazilərdə torpaq qiymətləri - BAHALAŞACAQ" İqtisadiyyat

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib ki, Ələt və Hövsan ərazisində torpaq qiymətlərinin 50% bahalaşacağı gözlənilir.

Bəs, görəsən bu ərazilərdən başqa daha hansı yerlərdə torpaq qiymətləri ucuzlaşa və ya bahalaşa bilər?

Məsələ ilə bağlı News24.az-ın sualını cavablayan iqtisadçı Natiq Cəfərli bildirib ki, Ələt və Hövsanda iqtisadi zonalar yarandığı üçün həmin yerlər bahalaşır:


"Ümumi mənzərəyə baxdıqda, Bakı çox sıx tikinti ərazisinə çevrilib. Bu da qiymət artımına yol açır. Şəhərin yüklənməsi davam etdikcə, burada qiymətlərin ucuzlaşmasını gözləmək real deyil".

İqtisadçının sözlərinə görə, Bakıda torpaq və daşınmaz əmlak qiymətləri yalnız bir halda ucuzlaşa bilər:

"Əgər işğaldan azad olunmuş ərazilərə dönüş prosesi sürətlənərsə, orada iqtisadi imkanlar və iş yerləri yaradılarsa, bu zaman Bakının yükü azalacaq. Məhz o vaxt paytaxtda torpaq və daşınmaz əmlak qiymətlərində ucuzlaşma baş verə bilər".

Günel Məlikzadə