DSX-nin ölən əsgərinin FOTOsu
Hadisə
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2007-ci il təvəllüdlü Rasim Raməddin oğlu Həsənli dəfn olunub.
News24.az xəbər verir ki, mərhum doğulduğu Biləsuvarın Xırmandalı kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Rasim Raməddin oğlu Həsənli dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. /Oxu.Az
***
2025.06.08
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Allah rəhmət eləsin!