Bərdədə TOP MƏRMİSİ TAPILDI
    • 22-08-2019, 15:16
    • 659

Bərdədə TOP MƏRMİSİ TAPILDI

019-cu il 22 Avqust tarixində saat 11:30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:56-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bərdə şəhəri, H.Əliyev prospekti 111 ünvanında  mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA--dan News24.az -a verilən məlumata görə. agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bərdə rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə söküntü işləri aparılan sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində1 ədəd 37 mm-lik top mərmisi(OR-167N) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Top mərmisinin ətrafında200 kv.məraziyəyerüstübaxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
ÜmumilikdəAgentlik tərəfindən01 yanvar – 22 avqust 2019-cu il tarixlərində 158 siqnal (əməliyyat çağırışı) əsasında134 operativ və təxirəsalınmaz əməliyyat çıxışıolmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 10 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş,1 688 ədəd partlamamış hərbi sursat(PHS),18 630 ədəd müxtəlif çaplı patron,11 ədəd piyada əleyhinə mina,20 ədəd tank əleyhinə minavə35 ədəd tank əleyhinə təlim məqsədli minazərərsizləşdirilmiş,132 615 kv.məraziyerüstüvə9 357 kv.məraziyeraltıyoxlanılmışdır.