12 yaşlı qızı ilan - SANCDI
Hadisə
Ağsuda 12 yaşlı qız uşağını ilan sancıb.
News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Məmmədlini həyətdə gəzərkən zəhərli ilan sancıb.
Yaxınlarının köməyi ilə dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılan uşağın vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.
Hazırda o, xəstəxananın reanimasiya şöbəsində müşahidə altında saxlanılır.