Cadu edib, qəbristanlıqda basdırdı - GƏNCƏDƏ ŞOK OLAY - FOTO
    • 22-08-2019, 18:44
    • 3 953

Cadu edib, qəbristanlıqda basdırdı - GƏNCƏDƏ ŞOK OLAY - FOTO

Gəncədə İmamzadə ziyarətgahının məzarlığında cadu tapılıb. 

News24.az
xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçici Vasif Akifli məlumat verib. O, cadunun bir müddət dünyasını dəyişən anasının məzarında basdırıldığını vurğulayıb:

"Bilənlər bilir ki, az müddət əvvəl anam vəfat etdi. Adət üzrə anamın 40 mərasiminə kimi məzarı hazırlanır, təmir təmizlik işləri gedirdi.Məzar daşı hazır olub üzərinə yerləşdirilməsi üçün qəbirin əlavə torpağını təmizləyən ustalar məzarın bir neçə sm dərinliyinə basdırılmış bu iki şəkili və dualrı tapıblar.

Eşitmişdim az çox məlumatım var idi ki, bu cür caduları yeni məzarların torpağı ilə edirlər. Şəkillərdəki xanımları tanımıram. Bəlkə də yazıqların hansısa ən yaxın qohumu, rəfiqəsi, bəlkədə ailə üzvlərindən biri edib bunu! Amma təəssüf etdiyim ən vacib məqam bunu elətdirənlərin yox, edənlərin olmasıdır. Siz kimsizniz ki tanrının işinə qarışıb, kiminsə həyatı ilə belə qara əməllərlə oynayırsınız?!"