Yaralı sürücü bir həftə sonra xəstəxanada vəfat etdi

Yaralı sürücü bir həftə sonra xəstəxanada vəfat etdi Hadisə


Mingəçevir şəhərində bir həftə öncə yol qəzasında ağır xəsarət alan sürücü xəstəxanada ölüb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, iyunun 5-də şəhər avtovağzalının yaxınlığında baş verən qəzada "BMV" və "Mitsubisi" markalı avtomobillər toqquşub.

Nəticədə "BMV"nin sürücüsü, 1986-cı il təvəllüdlü İmran Zeynalov ağır yaralanmışdı. O, koma vəziyyətində xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.