Telefonuna gələn SMS onu şoka saldı

Telefonuna gələn SMS onu şoka saldı Dünya

Türkiyədə maraqlı hadisə yaşanıb. Belə ki, fırıldaqçılar vətəndaşları aldatmaq üçün yeni üsula əl atıblar. 

News24.az xəbər verir ki, onlar özlərini hüquqşünas kimi təqdim edərək, saxta internet saytları və telefon zəngləri ilə insanları qorxuya salıblar. Onlara qarşı UYAP sistemində hüquqi işə başladıldığını bildiriblər.

Belə ki, bu üsulla zərərçəkmişlərə SMS göndərilərək onlardan təcili əlaqə üçün telefon nömrəsi verilir. Zəng edən şəxslərə isə adının mərc istintaqına qarışdığını və 25.700 TL ödəməli olduğu bildirilir. 

Qeyd edək ki, fırıldaqçılar şəxsiyyət nömrəsi kimi şəxsi məlumatlara sahib olduqları üçün inandırıcı görünürlər.

Səma Orucova