Volkswagen geri addım atdı
    • 14-06-2025, 17:50
    • 353

Volkswagen geri addım atdı

Volkswagen 2026-cı ildən etibarən bütün modellərində sensor idarəetməni tərk edərək fiziki düymələrə qayıdacağını açıqlayıb. 

News24.az xəbər verir ki, bu dəyişiklik ilk olaraq 2025-ci ildə satışa çıxacaq ID.2all modeli ilə başlayacaq. Şirkətin dizayn rəhbəri Andreas Mindt bildirib ki, istifadəçilər toxunma rəyli düymələri daha çox üstün tutur: “Bu avtomobildir, telefon deyil.”

Qərar həm istifadəçi tənqidlərinə, həm də Avropa İttifaqının yeni təhlükəsizlik tələblərinə cavab olaraq verilib. 2026-dan etibarən əsas funksiyalar sürücünün baxmadan idarə edə biləcəyi şəkildə dizayn edilməlidir.

Digər tərəfdən, Volkswagen-in xalis mənfəəti ilin ilk rübündə 40,6% azalaraq 2,19 milyard avroya düşüb. Satışlar isə 2,8% artaraq 77,6 milyard avroya çatıb. Qrup bu il satışların 5%-ə qədər artacağını gözləyir.

Səma Orucova