Deputatın həbs olunan oğlunun videosu yayılıb
    • 23-08-2019, 23:08
    • 1 038

Deputatın həbs olunan oğlunun videosu yayılıb

"Relax" İstirahət Mərkəzində baş verən insidentə görə barəsində həbs qətimkan tədbiri seçilən millət vəkili İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının arxiv görüntüləri yayılıb.

News24.az xəbər verir ki, jurnalist Eynulla Fətullayevin sosial şəbəkədə yaydığı video Nərimanlının Türkiyədə təhsil aldığı vaxta təsadüf edir.

O, Türkiyə mediasına müsahibə verərək gələcək planlarından söz açır.

Qeyd edək ki, Mirhəmid Nərimanlı Lerikdə yerləşən “Relax” istirahət mərkəzinə gələn vergi əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirləndirilir. 

Həmin videomüsahibəni təqdim edirik: