Aprel döyüşləri zamanı polislər Bakıda nə ediblər? - 3 İLLİK SİRR AÇILDI
    • 24-08-2019, 14:46
    • 2 209

Aprel döyüşləri zamanı polislər Bakıda nə ediblər? - 3 İLLİK SİRR AÇILDI

Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşləri başlayanda Bakı Polis Qarnizonundan yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün yazılı və şifahi müraciətlər ünvanlayıb.

News24.az xəbər verir ki, barədə Bakı Baş Polis İdarəsinin rəsmi "Facebook" səhifəsində məlumat verilib. Qeyd edilib ki, polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildiriblər.

Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil ediblər: "Azərbaycan Polisi Səngərsiz Əsgərdir!"