6G nə vaxt istifadəyə veriləcək? - Gözlənilən tarix açıqlandı
Gündəm
5G hələ Azərbaycanda və bir çox ölkədə tam yayılmamışkən, dünya artıq 6G texnologiyasına doğru irəliləyir.
News24.az bildirir ki, Finlandiyanın texnologiya nəhəngi Nokia-nın verdiyi məlumata görə, 6G-nin qlobal istifadəyə verilməsi 2030-cu ilə planlaşdırılır.
Hazırda inkişaf etmiş ölkələrdə 5G texnologiyası standart halını alıb. Telekommunikasiya şirkətləri isə artıq 6G üzərində fəal şəkildə işləyirlər. Nokia-nın açıqladığı yol xəritəsinə əsasən, 6G inkişafı önümüzdəki 4 il ərzində tamamlanacaq və texnologiya istifadəyə hazır vəziyyətə gətiriləcək.
Əgər texniki və ya siyasi bir problem yaşanmazsa, 6G-nin ilk kommersiya istifadəsi 2030-cu ildə gerçəkləşəcək. Bu texnologiya ilə əlaqə sürəti, cihazlararası inteqrasiya və süni intellekt tətbiqlərində ciddi irəliləyişlər gözlənilir.