Küçənin ortasında arvadını döydü

Küçənin ortasında arvadını döydü Dünya

İstanbulda bir qadın, boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən küçənin ortasında döyülüb.

News24.az xəbər verir ki, N.V. adlı qadın, övladının məzuniyyət mərasiminə getmək üçün evdən çıxarkən qarşısına boşanma ərəfəsində olduğu əri M.V. çıxıb.

M.V. qadına bir anda hücum edərək onu təpik və yumruqla döyməyə başlayıb.

Hadisə yaxınlıqdakı bir iş yerinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kadrlarda M.V.-nin qadına hücum etdiyi anlar açıq şəkildə görünür.

Zərərçəkmiş qadın hadisədən sonra polis bölməsinə gedərək şikayətçi olub.


Günel Məlikzadə